İnternet fırıldaqçıları ən çox bu ÜSULDAN istifadə edir

İnternet fırıldaqçıları ən çox bu ÜSULDAN istifadə edir
Digər 129

Mütəxəssislər internet fırıldaqçılarının qurbanlar üzərində istifadə etdiyi ən təhlükəli üsulun emosional təyziq olduğunu bildiriblər.

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, bu üsul 99% hallarda tətbiq olunur.

Emosional təzyiq hər hansı bir saxtakarlıq sxeminin vacib elementidir. Aldatma skripti ya tamamilə emosional təzyiqə arxalanır, ya da fırıldaqçı qurbanın şübhə etməyə başlaması halında, onu inandırmaq üçün bu üsulu daxil edir. Tədqiqatlar göstərib ki, gərgin dialoq zamanı insan bütün məlumatların 15%-dən çoxunu qəbul etmir. Psixo-emosional vəziyyətin dəyişməsi və emosional yüklənmə, rasional təfəkkürə mane olur, nəticədə tələsik hərəkətlərə səbəb olur.

Fırıldaqçıların qurbanın qərar qəbul etmə vaxtını məhdudlaşdıraraq manipulyasiya etməsi də çox yayılıb. Bu, insanları tələsik qərar verməyə məcbur edərək hər hansı bir riski qiymətləndirmədən dərhal problemi həll etməyə yönəldir. Ekspertlərin qeyd etdiyinə görə, analiz edilən halların 90%-də fırıldaqçılar bu üsuldan istifadə edirlər.

Fırıldaqçılar zərər təhlükəsi altında təcili tədbir görmək çağırışları ilə qurbanı manipulyasiya edirlər. Birbaşa təhdidlərə əl atırlar, qorxu mühiti yaratmağa çalışırlar. Bu, qurbanın mümkün qədər tez hərəkət etməli olduğu təəssüratını yaradır.

Ekspert həmçinin, fırıldaqçıların qurbanı cinayətkarı tutmaq və ya fırıldaqçılığı ifşa etmək üçün saxta kömək çağırışları ilə aldatdıqlarını vurğulayıb. Bu üsul saxta hücumların 30%-ində istifadə olunur. Təcavüzkarlar, qurbanı müştəri məlumatlarını satan qondarma təşkilatın əməkdaşı olduğunu bildirərək xüsusi əməliyyat barədə xəbərdarlıq edir və kömək istəyirlər.

Son xəbərlər