İlin son gününün havası açıqlandı - PROQNOZ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda dekabrın 31-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq.
Azərbaycanın rayonlarında havanın ayrı- ayrı yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Oxşar xəbərlər
Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq?
"Azərbaycanda saatlıq əməkhaqqı sistemi yeni iş imkanları yarada bilər". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial s...