Hər evdə olan bu qida kişilərdə xərçəng yaradıb, qadınları cavanlaşdırır

Süd içmək qadınlarda qocalma prosesini yavaşladır.
BAKU.WS xəbər verir ki, bunu rusiyalı bioloq Yekaterina Baranova "Rossiya 1" telekanalına danışarkən deyib.
Baranova süd içməyin qadınlar üçün faydalı olduğunu bildirib.
"Bu, menopozun başlanğıcını gecikdirir - bu, tibbi araşdırmalarla təsdiqlənmiş məlumatlardır" deyə mütəxəssis qeyd edib.
Eyni zamanda, bioloq vurğulayıb ki, həddindən artıq süd istehlakı kişilərin sağlamlığına mənfi təsir göstərir, xüsusən də prostat xərçənginə səbəb olur.
"Əgər kişilər çox süd içsələr, onlarda çox böyük qarın yaranır, buna görə də gündə üç litr [süd] içdikdən sonra prostat xərçəngi ilə bağlı problemlər də ortaya çıxa bilər" deyə Baranova fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Yayda ölüm riski daşıyan 3 QİDA
Yayda bəzi qidaların düzgün saxlanmaması, yanlış hazırlanması və ya artıq miqdarda qəbulu sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Bəzi hallarda isə ölümlə nə...