Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər

Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər
Digər 365

"Azərbaycan Hava Yolları"nın dekabrın 25-də Aktauda qəzaya uğrayan "Embraer 190" təyyarəsinin həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər.

Modern.az saytının rəsmi dairələrdən əldə etdiyi məlumatda belə deyilib.

Bununla bağlı qərar qəbul edilərkən, ekipaj üzvlərinin qəza zamanı göstərdiyi qəhrəmanlıq və şücaət nəzərə alınacaq.

Məlumatda bildirilib ki Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəza vəziyyətilə üzləşərkən, pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva sərnişinlərin xilas olunması üçün gərəkən addımlar atıblar.

Məhz pilotların şücaəti sayəsində təyyarənin Xəzərə dənizinə düşməsinin qarşısı alınıb və çox çətinliklə quru sahəsinə qəza enişi edən "Embraer 190"dan 29 nəfər sağ qurtara bilib. Bununla da daha çox sayda insan tələfatına yol verilməyib.

Qeyd edək ki, qəhrəman pilotlar və bələdçi xanım II Fəxri xiyabanda dəfn olunacaqlar.

Onların adlarının əbədiləşdirilməsi və təltif olunbması da gözlənilir.

Son xəbərlər