Günəşdə güclü alışma qeydə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 20-si axşam saatlarında Günəşdə güclü alışma baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Məlumata görə, iyulun 20-də Moskva vaxtı ilə saat 17:36-da rentgen diapazonunda Günəş ləkələrinin 4489-cu qrupunda (S04W22) M2.5 sinifli alışma qeydə alınıb. Alışma 11 dəqiqə davam edib. Bundan əvvəl iyulun 20-21-də Günəşdə aşağı alışma aktivliyinin proqnozlaşdırıldığı, lakin M sinifli alışmaların baş verə biləcəyi bildirilmişdi.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. A0.0 minimal sinif hesab olunur və hər növbəti sinfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır.
Belə alışmalar Günəş plazmasının kosmosa atılması ilə müşayiət oluna bilər. Həmin plazma buludları Yerə çatdıqda maqnit qasırğalarının yaranmasına səbəb ola bilər.
Oxşar xəbərlər
Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar
Quba rayonunun yüksək dağlıq ərazilərində güclü qar yağıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, qar ən çox Qrız kəndinə düşüb. Burada qar örtüyünün h...