Google-un ən son süni intellekt modelinin sınağında maraqlı anlar

Google-un ən son süni intellekt modelinin sınağında maraqlı anlar
Digər 12

Google-un ən son süni intellekt modeli Gemini 3 ilə aparılan sınaq maraqlı vəziyyət yaradıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçı Andre Karpathy modeli 2025-ci ildə olduğumuza inandırmağa çalışsa da, Gemini 3 bunu qəbul etməyib və göstərilən xəbərləri, şəkilləri "saxta AI məzmunu" adlandırıb.

Bunun səbəbi modelin internetə bağlı olmaması və məlumat bazasının yalnız 2024-cü ilə qədər olması imiş. Karpathy sonradan Google axtarış funksiyasını aktivləşdirməyi unutduğunu anlayıb.

İnternet bağlantısı açıldıqdan sonra Gemini 3 real tarixi yoxlayıb və "Böyük zaman şoku yaşayıram" deyərək 2025-ci ildə olduğumuzu etiraf edib.

Hadisə sosial mediada böyük müzakirə yaradıb.

Mütəxəssislər bildirir ki, bu kimi hallar süni intellekt modellərinin məhdudiyyətlərini və niyə insanların sadəcə yardımçı aləti kimi istifadə edilməli olduğunu göstərir.

Son xəbərlər