Frank de Bleker AFFA-dakı işini yekunlaşdırdı
Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Bleker 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib. 2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsi bunun ən bariz nümunələrindən biridir. Bu nailiyyət ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda Frank De Blekerin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsidir.
Frank De Bleker karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.
AFFA Frank De Blekerə Azərbaycan futboluna verdiyi töhfəyə görə təşəkkür edib, yeni fəaliyyətində uğurlar arzulayıb.
Oxşar xəbərlər
BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər
Almaniyanın ən böyük kimya şirkəti BASF bazar dəyəri 8 milyard avronu aşan rəqibi, ixtisaslaşmış kimyəvi maddələr istehsalçısı "Evonik"i almaq imkanlarını nəzər...