Formula 1 həvəskarlarını Bakıda həyəcanlı və maraqlı bir gün gözləyir

28
apr
2019
10:27
Formula 1 həvəskarlarını aprelin 28-də Bakıda çox həyəcanlı və maraqlı bir gün gözləyir.Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu gününün yarış və əyləncə proqramını təqdim edirik:
Bu gün saat 11:20-dən 12:00-dək azarkeş zonasında “Williams”, “Racing Point”, “McLaren”, “Haas” və “Toro Rosso” komandaları pilotları avtoqraf sessiyaları keçirəcəklər. Saat 13:10-da Formula 2 üzrə ikinci yarış başlayacaq.Saat 14:30-dan 15:00-dək Qran-Prinin açılış mərasimi və pilotların paradı olacaq.Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə saat 16:10-da start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 56 dövrə vuracaqlar. Beləliklə, Bakı şəhər halqasında dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək.Günün sonunda “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına xoş anlar bəxş edəcəklər. DJ-lərin konsert proqramı səhər saatlarınadək davam edəcək.
Azarkeş zonasının qapıları açılır | 10:00 | Bütün əyləncə zonası | |
Avtoqraf sessiyası – Williams | 11:20 | F1® azarkeş zonası | 11:40 |
Avtoqraf sessiyası – Racing Point | 11:20 | F1® azarkeş zonası | 11:40 |
Avtoqraf sessiyası – McLaren | 11:40 | F1® azarkeş zonası | 12:00 |
Avtoqraf sessiyası – Haas | 12:00 | F1® azarkeş zonası | 12:20 |
Avtoqraf sessiyası – Toro Rosso | 12:20 | F1® azarkeş zonası | 12:40 |
F2™ ikinci yarış | 13:10 | Trekdə | 14:00 |
Açılış və pilotların paradı | 14:30 | Trekdə | 15:00 |
Dövlət Himni mərasimi | 15:54 | Trekdə | 15:56 |
Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 | 16:10 | Trekdə | 18:10 |
Podium mərasimi | 18:10 | Trekdə | |
Crystal Hall-un qapıları açılır | 18:30 | Crystal Hall | |
DJ Mendoza | 20:30 | Crystal Hall | |
AISEL konserti | 21:15 | Crystal Hall | |
Cardi B konserti | 22:00 | Crystal Hall | |
Azarkeş zonasının qapıları bağlanır | 22:00 | Bütün əyləncə zonası | |
Crystall Hall-un qapıları bağlanır | 23:30 | Crystal Hall |
Oxşar xəbərlər
Formula 1-də daha bir qəza
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı növbəti qəza baş verib.BAKU.WS-in məlumatına görə, “Toro Rosso” komandasının pilotu...
