Finlandiya gözəli irqçilikdə ittiham olunaraq tacından məhrum edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiya gözəli Sara Dzafçe irqçilikdə ittiham olunaraq gözəllik kraliçası tacını itirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Miss Finlandiya" müsabiqəsinin təşkilat komitəsi məlumat yayıb.
Qalib titulu müsabiqənin digər iştirakçısı Tara Lextonenə verilib.
Məlumata görə, Dzafçe "Jodel" mesajlaşma proqramında barmaqları ilə gözlərini qıymış vəziyyətdə foto paylaşdıqdan sonra irqçilikdə günahlandırılıb. O, başlıqda "Çinli oğlanla yemək" yazıb.
Görüntülər Asiya xalqlarının ələ salınması kimi şərh olunub.
"Miss Finlandiya"nın təşkilatçıları heç bir formada irqçilik və ya ayrı-seçkilik davranışının qəbul edilmədiyini açıqlayıblar.
Təşkilatçılar baş verənlərə görə üzr istəyib və fəaliyyətlərində hörmət, bərabərlik, məsuliyyət və insan ləyaqəti prinsiplərini rəhbər tutduqlarını bəyan ediblər.
Oxşar xəbərlər
Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar
Quba rayonunun yüksək dağlıq ərazilərində güclü qar yağıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, qar ən çox Qrız kəndinə düşüb. Burada qar örtüyünün h...