Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?
Azərbaycanda yaxın 3 gün ərzində hava şəraitində mühüm dəyişiklik proqnozlaşdırılmır.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirilib.
O bildirib ki, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək: "Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Fevralın 14-ü axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq. Fevralın 16-da yenidən cənub-qərb küləyi güclənəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq".
Gülşad Məmmədova deyib ki, bölgələrdə də yaxın günlərdə hava əsasən yağmursuz keçəcək: "Lakin fevralın 14-ü və 15-i gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 15-20 dərəcə, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq".
Oxşar xəbərlər
İnsan beyni 9, 32, 66 və 83 yaşda necə dəyişir? Alimlər dörd dönüş nöqtəsini açıqladı
Britaniyalı alimlər insan beyninin həyat boyu keçdiyi əsas mərhələləri müəyyən ediblər. Araşdırmaya görə, beyin inkişaf və qocalma prosesində bir neçə kritik ya...