Ərdoğan: Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daha 250 "Altay" tankını verməyi planlaşdırırıq
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daha 250 "Altay" tankının verilməsi nəzərdə tutulub.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
Onun sözlərinə görə, yerli döyüş tankının ilk partiyası Türkiyə orsunun istifadəsinə verilib:
"Biz növbəti altı il ərzində daha 250 "Altay" tankının Silahlı Qüvvələrin inventarına daxil etməyi hədəf kimi qarşımıza qoymuşuq".
Ərdoğan həmçinin bildirib ki, Türkiyə avropalı müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirir:
"Milli döyüş təyyarəmiz olan "KAAN"ı müəyyənləşdirdiyimiz tarixdə Hərbi Hava Qüvvələrimizin inventarına daxil olacaq".
Oxşar xəbərlər
2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ
2027-ci il bəzi bürclər üçün maliyyə baxımından heç də asan keçməyə bilər. Astroloji proqnozlara görə, il ərzində gözlənilməz xərclər, kredit öhdəlikləri, borcl...