Emin Ağalarov: "Liderlərin "Sea Breeze"ə səfəri gözlənilir"
Xalq artisti, "Sea Breeze" layihəsinin rəhbəri Emin Ağalarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası çərçivəsində "Sea Breeze" layihəsinə göstərilən maraqdan danışıb, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn liderlərin layihəyə səfərinin gözlənildiyini bildirib.
BAKU.WS manset.az-a istinadən müsahibəni təqdim edir:
- Buraya gələn qonaqların ən çox diqqətini çəkən stendlərdən biri "Sea Breeze" oldu. Bu sizdə hansı təəssüratı yaradır?
- Əlbəttə, "Sea Breeze" milyon kvadratmetr ərazini əhatə edən böyük layihədir. Buna görə də stendimizin ən çox ziyarət olunması təbiidir. Tikintilərin sayı getdikcə artır, layihə daha da böyüyür.
- Hazırda dünyanın bir çox ölkələrinin liderləri Bakıya gəliblər. WUF13 forumunun Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, bu, COP29-dan sonra ikinci belə böyük beynəlxalq tədbirdir. Bu, həm ölkəmiz, həm də dünya miqyasında çox önəmli hadisədir. Bu gün cənab Prezident çıxışında layihəmizi Azərbaycan üçün əhəmiyyətli və vacib layihə kimi qeyd etdi. O, həmçinin hər kəsə "Sea Breeze"i gəlib görməyi tövsiyə etdi.
- Xüsusilə, liderlərin və xarici qonaqların "Sea Breeze"ə səfəri gözlənilirmi?
- Bəli. Bir çox liderlər, dövlət başçıları və həmin ölkələrin tikinti sahəsinin rəhbərləri bu həftə səfərlərini planlaşdırırlar. Biz onların hamısını qəbul edəcək, təcrübəmizi bölüşəcək və planlarımız barədə məlumat verəcəyik.
Oxşar xəbərlər
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsində 1467 namizəd uğur qazanıb. Bu barədə BAKU.WS-ə Məktəbə...