Əfsanəvi Xınalıq: Piramida evlər və qədim əlyazmaların İZİNDƏ

Əfsanəvi Xınalıq: Piramida evlər və qədim əlyazmaların İZİNDƏ
Video
Digər 287

"Kəndinə qayıt" verilişinin yeni buraxılışında Qubanın Xınalıq kəndinə səyahət edilib.

Xınalıq Qafqaz Albaniyasının qədim tayfalarından olan və Şahdağ xalqlarının nümayəndəsi sayılan xınalıqlıların tarixi məskənidir.

Əfsanəvi Xınalığı daha da maraqlı və sirli edən onun evlərinin qeyri-adi quruluşudur. Buradakı tikililər piramida formasındadır, bir evin həyəti digər evin damına açılır. Evlərin əksəriyyəti ikimərtəbəlidir.

Yuxarı mərtəbə insanların yaşaması, aşağı mərtəbə isə mal-qaranın saxlanılması üçün nəzərdə tutulub. Kənd sakinlərinin dediyinə görə, mal-qara alt mərtəbədə olduqda evlər qışda daha isti olur. Verilişdə, həmçinin kənddə yerləşən Şeyx Şalbuz məscidi haqqında da məlumat verilib.

Xınalıq Tarix-Etnoqrafiya Muzeyinin elmi işçisi İzzət Bağırovun sözlərinə görə, məscidi ziyarət edən Dövlət Turizm Agentliyinin əməkdaşı ibadət yerinin zirzəmisində qədim əlyazmalar aşkar edib:

"Bu əlyazmalar ərəb və fars dillərindədir. Onların bir çoxu Xınalıq xəttatları tərəfindən yazılıb. Əlyazmalar arasında nikah şəhadətnaməsi də var".

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər