Dövlət səhiyyəsi həkimsiz qalmaq təhlükəsi ilə üz-üzədir?
Baku TV-nin "Aktual Gündəm" verilişinin budəfəki buraxılışında Azərbaycan səhiyyəsində mövcud problemlər müzakirə olunub.
Dövlət xəstəxanalarında növbə problemi niyə getdikcə dərinləşir? Dövlət səhiyyəsi həkim çatışmazlığı təhlükəsi ilə üz-üzədir? Pasiyent-həkim münasibətlərində gərginlik hansı səbəblərdən qaynaqlanır? Tibbi avadanlıq çatışmazlığı xəstəxanalarda hansı riskləri yaradır? Həkimlərin əmək hüquqları Azərbaycanda kim tərəfindən qorunur?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin şöbə müdiri Babək Tağızadə, terapevt Sübhan Hacıyev, kardioloq, tibb üzrə fəlsəfə doktoru Tofiq Sadıqov, tibb elmləri doktorları, professorlar - Adil Qeybulla və Sədrəddin Atakişizadə ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ürək sağlamlığı üçün ən faydalı balıq növləri açıqlandı
Ürək-damar sisteminin sağlamlığını qorumaq üçün bəzi balıq növlərinin daha faydalı olduğu bildirilib. BAKU.WS xəbər verir ki, dietoloq Angel Lyuk "Tasting Table...