Dietoloqdan südlə bağlı VACİB AÇIQLAMA - Mütləq...
Yeniliklərdən dərhal xəbərdar olun
Dietoloq Xuanmi Pons hansı südün ən faydalı hesab olunduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə La Razon nəşri yazıb.
Mütəxəssisin sözlərinə görə, böyüklər üçün südü tamamilə rasiondan çıxarmaq daha yaxşı olardı. Çünki o, çox vaxt həzm problemlərinə səbəb olur. Lakin bu məhsuldan tam imtina etməyə hazır olmayanlara Pons tam yağlı südü seçməyi məsləhət görür. O izah edib ki, bu, ən təbii variantdır, çünki minimal emaldan keçir.
Dietoloq yarımyağlı və yağsız süd növlərindən uzaq durmağı tövsiyə edir. Həmçinin o, südü soya, badam və digər bitki mənşəli analoqlarla əvəz etməyi məsləhət görmür. Ponsun sözlərinə görə, bu cür içkilərin tərkibində çox vaxt stabilizatorlar, konservantlar və əlavə maddələr olur ki, bunlar da sağlamlığa zərər verə bilər.
Oxşar xəbərlər
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi,...