"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Bakının ən prestijli sahilyanı məkanlarından biri olan "Sea Breeze" ərazisində yeni premium yaşayış layihəsi - "Deluxe Residence" təqdim olunur.
Layihə müasir memarlıq, yüksək komfort və zəngin infrastruktur konsepsiyasını bir araya gətirərək sakinlərinə eksklüziv həyat tərzi vəd edir. "Sea Breeze" ərazisi premium yaşayış, istirahət və investisiya imkanları ilə tanınır.
Sahəsi 35 kv.m-dən başlayan - 1, 2, 3, 4, 5 otaqlı, eləcə də dupleks mənzillər mövcuddur. "Deluxe Residence" beş unikal blokdan ibarətdir.
Hər blok özünəməxsus planlaşdırma həlləri, geniş mənzilləri və fərqli üstünlükləri ilə seçilir.
Layihədə şəxsi terraslar, terraslarda cakuzi, qapalı hovuz, uşaqlar üçün sahəsi 2500 kv.m olan Aqua Park, Kids zone, tennis kortu, özəl padel, SPA və fitnes mərkəzi, yaşıllıq zonaları, uşaq meydançaları, konsyerj xidməti və geniş avtodayanacaq kimi premium imkanlar nəzərdə tutulub.
Kompleksin yerləşdiyi mövqe də onun əsas üstünlüklərindəndir.
"Deluxe Residence" dənizə, kazinoya, "Venetian Mall"a, restoranlara, ticarət mərkəzlərinə və digər mühüm infrastruktur obyektlərinə biraddımlıq məsafədə yerləşərək sakinlərinə həm rahatlıq, həm də yüksək həyat keyfiyyəti təqdim edir.
Satışlara artıq start verilib. "Deluxe Residence" layihəsi həm komfortlu yaşayış, həm də gələcəyə yönəlmiş etibarlı investisiya üçün yeni imkanlar yaradır.
Qalereya
Oxşar xəbərlər
Bu gündən qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb
İyunun 22-dən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb. Bu barədə BA...