Conni Deppin sevgilisi erməni biznesmenin dələduzluğunun qurbanı olub
![Conni Deppin sevgilisi erməni biznesmenin dələduzluğunun qurbanı olub](https://baku.ws/storage/photos/uploads/thumbs/large/pOfrmvN43B7RPjNIEZhvuWESJlNAqDiAVy1E53eW.webp)
Hollivud aktyoru Conni Depp Rusiyada "Solomon" zərgərlik brendi ilə bağlı qalmaqalın mərkəzinə düşüb.
Belə ki, Narek M. adlı erməni sahibkar Deppin Yekaterinburqdan olan 28 yaşlı sevgilisi Yuliya Vlasova ilə birlikdə açmağa planlaşdırdığı şirkətin hüquqlarını ələ keçirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə oreanda-news.com məlumat yayıb.
Bildirilir ki, erməni sahibkar Yuliyanın etimadını qazanıb və brendin hüquqlarını gizlicə öz adına rəsmiləşdirib. O, hətta qızı markanın üzü olmağa inandırmağa çalışıb.
Narek iddia edir ki, Vlasova Rusiyada biznesin necə aparıldığını başa düşmədiyindən və sənədlərin rəsmiləşdirilməsi ilə bağlı problemlərlə üzləşdiyinə görə ondan inciyib.
Bundan əvvəl mediada xəbər yayılmışdı ki, Yuliya ilə Kann festivalında tanış olduğu Conni Depp Biryulyovoda "Solomon" zərgərlik mağazasının açılması üçün ən azı 500 min dollar sərmayə qoyublar.
Həmçinin qeyd edilirdi ki, Yulya Praqa Universitetində təhsil aldıqdan sonra Çexiyada gözəllik sahəsində biznes açıb, lakin sonradan sataraq məşhur aktyoru Rusiyada biznes qurmağa inandırıb.
Lakin Nareklə baş verən hadisədən sonra qız Rusiyanı tərk edib və burada biznes qurmaq niyyətində olmadığını bəyan edib.
Hazırda "Solomon" brendinin reklam məqsədləri üçün modelin və Conni Deppin adını çəkməsi qadağan edilib.
Oxşar xəbərlər
Daha çox "Rus casus evi": Nə izi qalıb, nə də tozu!
"Belə bir sual vermişdik. "Rus evi", yoxsa daha çox "Rus casus evi"? O sualdan sonra çoxlu hadisələr baş verdi, çoxlu sözlər deyildi. Bizi qeyri-peşəkarlıqda da...
![](/images/banners/placeholder_home_right_az.jpg)