Bu il rezidentura imtahanları elektron formada olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il rezidentura imtahanları elektron formada olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, ötən il vətəndaşlara 13 milyon elektron xidmət göstərilib, 300-dən çox imtahan keçirilib.
Sədr qeyd edib ki, hər imtahanda nəzarətçilər, imtahan rəhbərlərinin böyük rolu var:
"2000-3000 marker müəllim yazı işlərini yoxlayır. Nəzarətçi müəllimdən imtahan rəhbəri seçiləndə mütləq sertifikasiyadan keçmə prosesinə baxılır. Nəzarətçi müəllimlər bilməlidir ki, imtahanlar artıq elektronlaşdırılır. Nəzərdə tutulur ki, bu il rezidenturaya imtahan prosesi tam rəqəmsallaşdırılsın".
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb
Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa prosesinə dini abidələrin bərpasından başlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurum...