Boluda hoteldə baş verən yanğında xəsarət alan 44 nəfər evə buraxılıb
Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında xəsarət alan 51 nəfərdən 44-ü evə buraxılıb.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, xəstəxanada qalan daha 6 nəfərin müalicəsi davam edir, yaralılardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, yanvarın 21-də baş verən yanğın zamanı müəssisədə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər həyatını itirib. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə birgünlük matəm elan edilib.
Aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb, hotel sahibi Halit Ergül və menecer Emir Aras da daxil olmaqla onlardan 9 nəfəri həbs edilib.
Oxşar xəbərlər
Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi
Avstriyada sonuncu "Miss Avstriya" titulunun sahibi vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 22 yaşlı Lüçi...