Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavini təyin olunub
Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavini təyin olunub.
BAKU.WS xəbər verir ki, Rəna Həsənova Bərdə Dövlət Peşə Təhsil Mərkəzində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Rəna Həsənova Bərdə şəhərində anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə Bakı şəhəri, Nəsimi rayonu, 240 saylı tam orta məktəbdə müəllim kimi başlayıb, daha sonra Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyada və müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətini davam etdirib.
2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
2008-09 və 2013-14-cü tədris illərində "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub.
2018-ci ildə Böyük Britaniyanın Lester şəhərində "English Language Teaching Unit" tərəfindən təşkil olunan 14 günlük təlim kursunu uğurla başa vuraraq beynəlxalq sertifikat əldə edib.
Təyinata qədər Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir
Yay aylarında avtomobilin salonunda temperatur qısa müddətdə 50-70 dərəcəyə qədər yüksələ bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi əşyaların isti avtom...