Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycanda avqustun 24-də havanın 38 dərəcə isti olacağı gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.
Oxşar xəbərlər
Bu bürcləri yaxın zamanda taleyüklü an gözləyir: nə baş verəcək?
Yaxın zamanda ulduzların enerjisi əhəmiyyətli dərəcədə güclənəcək və bəzi bürclər önəmli dəyişikliklərin astanasında olacaqlar. BAKU.WS-in məlumatına görə, tale...