Baş prokuror: Azad olunmuş ərazilərdə xidməti fəaliyyət üçün bütün zəruri şərait yaradılıb
Azad olunmuş ərazilərdə əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda konfransda deyib.
K.Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə hüquq qaydasının qorunması, qanunların düzgün icrasına nəzarət, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, həmçinin dövlət maraqlarının qorunması bu vəzifələrin əsas istiqamətlərini təşkil edir:
"Bu məqsədlə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər həyata keçirilir. Azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti bərpa olunub, kadr təminatı gücləndirilib və əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb. O baxımdan, prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür".
Oxşar xəbərlər
Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı
Mütəxəssislər duzlu və acılı qidaların ləzzətli olsa da, sağlamlıq üçün bir sıra risklər daşıdığını bildirirlər. BAKU.WS xəbər verir ki, duzun artıq qəbulu orqa...