Baku TV-nin istehsal etdiyi "Söz" filminin təqdimatı baş tutub

Baku TV-nin istehsal etdiyi "Söz" qısametrajlı sənədli filminin Nizami Kino Mərkəzində təqdimat mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, eləcə də ictimai sektorun nümayəndələri iştirak ediblər.
Film 44 günlük Vətən müharibəsinə həsr olunub və Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsini təsvir edir.
Qeyd edək ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur.
"Söz" sənədli filmi beynəlxalq uğurlar da qazanıb. Belə ki, ekran əsəri Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu "Accolade Global Film Competition"da mükafat qazanıb. Film həmçinin "Roma Prisma Film Awards" yarışmasının finalçısı olub.
Qeyd edək ki, IMDB tərəfindən təsdiqlənən "Accolade Global Film Competition" dünyanın ən nüfuzlu 25 film festivalından biridir. 21 illik tarixində festivalda dünyanın məşhur aktyorları, prodüserləri, rejissorları və ssenaristləri mükafatlandırılıblar. Mükafatçılar arasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi və Erik Roberts kimi məşhur şəxslər var.
Oxşar xəbərlər
Mürəbbə sevənlər mütləq bilməlidir - İnanılmazdır, amma faktdır
Mürəbbə əksəriyyətimiz üçün uşaqlıq, rahatlıq və çayla birlikdə xoş anlarla assosiasiya olunur. Amma bu şirin dadın arxasında çoxlarının xəbərsiz olduğu faydalı...