Bakıda qəbiristanlıqda TÜKÜRPƏDİCİ HADİSƏ: Cavan qızın qəbrinə sərilən gəlinlik İNSANLARI QORXUDUR

Bakıda qəbiristanlıqda TÜKÜRPƏDİCİ HADİSƏ: Cavan qızın qəbrinə sərilən gəlinlik İNSANLARI QORXUDUR
Video
Digər 1962

Paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki sakinlər yaşadıqları ərazinin qəbiristanlıqla üz-üzə olmasından narazıdırlar.

Qəsəbə sakinləri Zığ sürüşmə sahəsindən köçürüldüklərini və burada əvvəlcə şəraitin olmamasına baxmayaraq, əlacsızlıqdan razı olduqlarını bildirirlər. Lakin sonradan yaxınlıqda yerləşən qəbiristanlığın getdikcə genişlənməsi və evlərinə yaxınlaşması sakinləri narahat edib.

Onlar deyirlər ki, artıq yaşadıqları ərazi qəbiristanlığın sahəsinə çevrildiyindən, uşaqlar üçün oynamağa yer də yoxdur. Ümumilikdə isə qəbiristanlıqdan gələn insan səsləri də onlara pis təsir edir.

"Bizə əvvəllər dedilər ki, rus qəbiristanlığı var amma indi qəbiristanlığı genişləndirirlər və bizim həyətlərimizə yaxınlaşır. Orada bir cavan qız dəfn edilib. Qəbrin üzərinə gəlinlik atılıb. Məktəbdən gələn uşağım qəbirin üzərində ağ gəlinliyin hərəkət etdiyini görüb, qorxub. Evə qaçıb deyir mələk uçur. Əlindən tutub aparmışam ki, qızım bax paltardır. Bu ərazi bizi qorxudur, uşaqlar burada rahatlıqla oynaya bilmirlər", - deyə sakinlərdən biri bildirib.

Ətraflı Xəzər TV-nin süjetində:

Oxşar xəbərlər

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Bəzən həyat elə sürprizlər təqdim edir ki, onları əvvəlcədən görmək mümkün olmur. Şir bürcünü yaxın gələcəkdə məhz belə dəyişikliklər gözləyir. Qismət sanki yen...

94 Digər 23:59 16 sentyabr 2025

Son xəbərlər