Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun doğum günüdür
Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Yuri Kovalyovun doğum günüdür.
Yuri Petroviç Kovalyov 1965-ci ilin bu günü, yəni mayın 29-da Göyçayda doğulub.
O, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyindəki xüsusi polis bölmələrinin sıralarına qoşulub və tez-tez Qarabağa ezamiyyətə gedib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başı üçün mükafat təyin ediblər.
Yuri və silahdaşları ən qanlı döyüşlərdə vuruşublar, ən çətin tapşırıqları yerinə yetiriblər.
O, 26 yaşında 1991-ci il oktyabrın 3-də Xocavənd bölgəsində erməni işğalçıları ilə döyüşdə snayper gülləsinə tuş gəlib.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Yuri Kovalyov Tamara xanım ilə ailə həyatı qurub və ömrünün sonuna qədər onunla evli idi. Regina və Yuliya adlı 2 qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli sərəncamı ilə Yuri Kovalyov ölümündən sonra "Azərbaycan Milli Qəhrəman" adına layiq görülüb.
Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.
Oxşar xəbərlər
Bürclərə görə hansı insanlar daha tez varlanır?
Astroloqların fikrincə, bəzi bürclər maddi uğur qazanmaq və varlanmaq mövzusunda daha şanslı hesab olunur. Bunun səbəbi isə onların xarakter xüsusiyyətləri, ris...