Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında

Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında
Digər 829

Azərbaycan əsilli iş adamı və "Lukoil"un təsisçisi Vahid Ələkbərov Rusiya və dünyanın ən zəngin insanları siyahısında mövqeyini əhəmiyyətli dərəcədə irəlilədib. 2024-cü ildə onun sərvəti 2,59 milyard dollar artaraq 27,2 milyard dollara çatıb.

BAKU.WS-in "Bloomberg Billionaires Index" (BBI) reytinqinə istinadən verdiyi məlumata görə, Vahid Ələkbərov sərvətini ən çox artıran rusiyalı milyarderlər arasında üçüncü sırada yer alıb.

Siyahıya "Nornickel"in təsisçisi Vladimir Potanin liderlik edir. Onun sərvəti 736 milyon dollar artaraq 31,8 milyard dollara çatıb. İkinci sırada isə 29 milyard dollarlıq sərvəti ilə Vladimir Lisin qərarlaşıb.

Qeyd edək ki, 2012-ci ilin mart ayından bəri yayımlanan "Bloomberg Billionaires Index" dünyanın ən varlı 500 insanının sərvətini əks etdirir. Reytinq əsasən şirkətlərin səhmlərinin bazar dəyəri və digər maliyyə göstəriciləri əsasında hazırlanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyy...

353 Digər 15:32 17 sentyabr 2026

Son xəbərlər