Azərbaycan və Türkiyə Qərbin planlarını puç etdi - Bizdən nə danışırlar?

Azərbaycan və Türkiyə Qərbin planlarını puç etdi - Bizdən nə danışırlar?
Video
Digər 34

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Pakistanın "The Europe Today" nəşri xəbər verir ki, Bakıda Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilib.

Vurğulanıb ki, iclasa baş nazirin müavini Şahin Mustafayev və Çin Xalq Respublikasının ticarət nazirinin müavini Lin Ji həmsədrlik ediblər. Görüşdə Prezident İlham Əliyev və Si Cinpin arasında strateji tərəfdaşlıq əsasında formalaşan əlaqələrin inkişafı oxucuların diqqətinə çatdırılıb.

"İsrail və Türkiyə Azərbaycanda keçirilən danışıqlarda Suriya ilə bağlı razılığa gələ bilməyib". Bu barədə İsrailin "The Times of Israel" nəşrində bildirilib. Mənbənin məlumatına əsasən, tərəflər arasındakı danışıqlarda əsas mövzu Suriya ilə bağlı gərginliyin qarşısını almaq üçün mexanizmin yaradılması olub.

Həmçinin danışıqların bu il aprelin 12-dən 19-na təsadüf edən yəhudilərin Pesax bayramından sonra davam etdiriləcəyi qeyd olunub.

"Azərbaycan Türkiyə başda olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib". Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya Qarabağ probleminin həlli üçün heç bir əməli addım atmayıblar.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Bu bürclər çoxdan gözlənilən xoşbəxtliyə çatacaqlar

Bu bürclər çoxdan gözlənilən xoşbəxtliyə çatacaqlar

Astroloqlar yaxın gələcəkdə Bürcün bəzi əlamətlərinin şəxsi həyatlarında heyrətamiz bir mərhələnin başlayacağını proqnozlaşdırırlar. Sevgidə parlaq bir zolaq,...

147 Digər 23:59 21 aprel 2025

Son xəbərlər