Autizm çətin və sevgi dolu bir yolun başlanğıcıdır

Autizm çətin və sevgi dolu bir yolun başlanğıcıdır
Foto
Digər 38

Bəzən autizm qəliz bir xəstəlik olaraq alğılanır. Amma autizm sadəcə bir diaqnoz deyil. Fərqli bir dünyanı anlamağa çalışmaqdır.

Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, autizmli uşağın valideyni olmaq isə səbir, sevgi və davamlı öyrənmə tələb edir.

"Bu, hər gün yeni bir şey öyrənmək və ya eyni şeyi dəfələrlə öyrənmək deməkdir. Uşağın davranışlarını, ehtiyaclarını daha dərindən anlamağa çalışırsan. Bəzən çətin olur, amma uşağının kiçik uğurları belə sənə böyük xoşbəxtlik verir.

Valideyinlərin ən çox qarşılaşdığı çətinliklər cəmiyyətin yetərincə məlumatlı olmaması, insanların yanlış yanaşması və ya qınaması kimi davranışlardır.

Bundan əlavə təhsil və terapiya imkanlarına çıxışın məhdudluğu, uşağın ünsiyyət və davranış çətinlikləri də valideyinləri çox yorur", - deyə Əbdül Səlimli vurğulayıb.

Autizm çətin və sevgi dolu bir yolun başlanğıcıdır

Ekspert deyir ki, bəzən ən çox yorucu olan, ətrafın bizi anlamamasıdır:

"Ən vacib şey anlayış göstərməkdir. İnsanlar mühakimə etmək əvəzinə anlamağa çalışsalar, valideynlərin yükü bir az da olsa yüngülləşər.

Əziz valideyinlər özünüzü günahlandırmayın, mütəxəssislərlə işləyin vən əsası səbirli olun övladınızın kiçik irəliləyişlərini dəyərləndirin.

Öz psixoloji sağlamlığınızı da qoruyun. Unutmamalıyıq ki çox çətin anlar yaşasaq da biz də insanıq.

Autizm bir son deyil. Çətin və sevgi dolu bir yolun başlanğıcıdır. Bu uşaqların sevgisi saf və təmizdir. Onları anlamaq üçün sadəcə bir az daha diqqət və sevgi lazımdır".

Ziya SƏCCAD

Son xəbərlər