Aşağı karbohidratlı pəhriz xərçəngə səbəb ola bilər

Aşağı karbohidratlı pəhriz xərçəngə səbəb ola bilər
Digər 216

Son elmi araşdırmalar göstərib ki, aşağı karbohidratlı pəhriz kolorektal xərçəngin inkişaf riskini artıra bilər. 

BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, tədqiqat çərçivəsində alimlər üç fərqli pəhrizin (adi, aşağı karbohidratlı və Qərb tipli – yüksək yağ və şəkər tərkibli) bağırsaq bakteriyaları ilə birgə xərçəngin inkişafına təsirini araşdırıblar. Təcrübə siçanlar üzərində aparılıb.

Mütəxəssislər müəyyən ediblər ki, E. coli bakteriyasının unikal ştammı ilə birlikdə az karbohidrat və həll olunan lif tərkibli pəhriz bağırsaqda poliplərin böyüməsini sürətləndirir. Bu poliplər sonradan onkoloji xəstəliklərə səbəb ola bilər. Araşdırma zamanı yalnız bu kombinasiyanın xərçəngə yol açdığı müşahidə olunub.

Bundan əlavə, lif çatışmazlığı bağırsaqda iltihabı artırır və oradakı bakteriya mühitini dəyişir. Alimlər siçanlarda bağırsaq mikrobları ilə epitel hüceyrələri arasında qoruyucu mucus qatının daha nazik olduğunu da aşkar ediblər. Bu baryerin zəifləməsi kolibaktin adlı zərərli maddənin bağırsaq hüceyrələrinə daha çox nüfuz etməsinə səbəb olur. Nəticədə genetik zədələnmələr yaranır və şişlərin böyüməsi sürətlənir. Bu proses xüsusilə müəyyən genetik mutasiyaları olan siçanlarda daha aydın müşahidə edilib.

Alimlər aşağı karbohidratlı pəhrizin potensial risklərini nəzərə almağı və balanslı qidalanmağa üstünlük verməyi tövsiyə edirlər.

Son xəbərlər