"Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi

Araşdırın! filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi
Foto
Digər 16

"Araşdırın!" adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil edilib.

BAKU.WS xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Bildirilib ki, film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub, Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir.

Filmin direktoru Nadir Əliyevdir. Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkiliblər.

Kurs işi aktyor Fazil Salayevin kinoda son yaradıcılığıdır. Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilib və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.

Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər