Apple yenidən dünyanın ən bahalı şirkətləri siyahısına başçılıq edib
ABŞ-ın Apple korporasiyası bazar kapitallaşmasına görə Nvidia-nı geridə qoyaraq yenidən dünyanın ən bahalı şirkəti olub.
BAKU.WS xəbər verir ki, bu barədə birja ticarətinin nəticələri göstərir.
Bakı vaxtı ilə saat 17:37-yə olan məlumata əsasən, Nasdaq birjasında Apple səhmləri 0,2% bahalaşaraq hər səhm üçün 333,94 ABŞ dolları səviyyəsində ticarət olunub. Saat 17:42-də isə artım sürətlənib və səhmlərin qiyməti 334,03 ABŞ dollarına yüksələrək 0,23% artım nümayiş etdirib.
Nəticədə Apple-ın bazar kapitallaşması 4,9 trilyon ABŞ dollarına çatıb. Bazar kapitallaşmasına görə ilk üçlükdə həmçinin Nvidia (4,83 trilyon ABŞ dolları) və Google-ın ana şirkəti Alphabet (4,19 trilyon ABŞ dolları) qərarlaşıb.
Oxşar xəbərlər
Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb
Endokrinoloq Marqarita Belousovanın sözlərinə görə, fastfudun sağlamlıq üçün təhlükəsiz hesab edilən universal istehlak norması müəyyən edilməyib. Həkim bu cür...