Apple iOS 19-un dizaynını yeniləyir – son 12 ildə ən böyük dəyişiklik
Yeniliklərdən dərhal xəbərdar olun
Apple iOS 7-dən bəri ən böyük vizual yenilənməni təqdim etməyə hazırlaşır. iOS 19, kod adı Luck olan yeni versiya ilə iPhone, iPad və Mac cihazlarının interfeysini daha müasir və vahid hala gətirəcək.
BAKU.WS xəbər verir ki, insayderlərin məlumatına görə, dəyişikliklər ikonalar, pəncərələr, sistem düymələri və menyulara təsir edəcək. Şirkət visionOS dizaynından ilham alsa da, fərqli platformaları birləşdirməyi planlaşdırmır. Məqsəd iOS, macOS və iPadOS arasında keçidi daha rahat etməkdir.
Apple, zəif iPhone satışlarından sonra yeni dizaynın istifadəçilərin marağını artıracağını düşünür. iOS 19, iPadOS 19 və macOS 16-nın rəsmi təqdimatı iyun ayında WWDC 2025 konfransında gözlənilir.
Oxşar xəbərlər
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
Vəzifəli şəxsə hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadə ilə əlaqədar məhdudiyyətləri müəyyənləşir. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən m...