Apple-dan YENİLİK! Düşüncə ilə işləyəcək

Apple, iOS 19 əməliyyat sistemi ilə iPhone, iPad və Vision Pro cihazlarında düşüncə gücü ilə idarəetməni mümkün edəcək texnologiya üzərində çalışır. Bu texnologiya beyin siqnallarını oxuyaraq cihazlarla əlaqə qurmağa imkan verəcək.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, şirkətin bu layihədəki tərəfdaşı, beyinə stent kimi yerləşdirilən Stentrode adlı implantı hazırlayan Synchron şirkətidir. Bu cihaz motor korteksin üzərindəki damara yerləşdirilir və beyin siqnallarını komandalara çevirir. Texnologiya 2019-cu ildən bu yana, o cümlədən ALS kimi ağır xəstəliklərdən əziyyət çəkən 10 pasiyent üzərində uğurla sınaqdan keçirilib.
İlkin mərhələdə sistem iOS-un alternativ idarəetmə funksiyası olan Switch Control vasitəsilə işləyəcək. Lakin testlər göstərib ki, bu üsulla naviqasiya hələlik sensor ekran və ya siçanla müqayisədə daha yavaşdır.
Apple, il ərzində bu texnologiyanın inkişafı üçün tərtibatçılar üçün xüsusi standart da təqdim etməyi planlaşdırır. Bu, düşüncə ilə idarə olunan tətbiqlərin hazırlanmasının yolunu açacaq. Detalların WWDC 2025 tədbirində açıqlanacağı gözlənilir.
Oxşar xəbərlər
ChatGPT neyrocərrahlara epilepsiya ocaqlarını dəqiq müəyyən etməyə kömək edib
ABŞ-nin Stivens İnstitutunun alimləri ChatGPT-nin epilepsiyalı xəstələrdə tutmalara səbəb olan beyin sahələrinin müəyyənləşdirilməsində həkimlərə necə kömək edə...
