Alimlər 80 milyon il əvvəl yaşamış dinozavrın yeni növünü kəşf edib

Alimlər 80 milyon il əvvəl yaşamış dinozavrın yeni növünü kəşf edib
Digər 192

Kanadalı paleontoloqlar tirannozavrla eyni növdən olan və 80 milyon ildən əvvəl yaşamış yeni dinozavr növünü aşkar ediblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABC teleşirkəti məlumat yayıb.

"Khankhuuluu mongoliensis" adlı yeni növ kiçik tirannozavrlardır. Dinozavrın bu növünün təxminən 770 kq ağırlığı və təxminən 4 m uzunluğu olduğu güman edilir.

ABC qeyd edib ki, 1970-ci illərdə Monqolustanın Qobi səhrasında iki skeletin qalığı tapılmışdı, lakin onlar dinozavrın fərqli növünə aid edilib. O vaxtdan bəri, daşlaşmış sümüklər 2023-cü ilə qədər tədqiq edilməmişdi. Kalqari Universitetinin təbiət elmləri üzrə dosenti bildirib ki, yeni kəşf tirannozavr növlərinin təkamülünə və onların Təbaşir dövrünün sonlarında yayılma modellərinə yeni işıq salır.

Son xəbərlər