"Airbus" təyyarələrində yaranan nasazlıq Roma Papasına da təsir etdi
Roma Papası XIV Leonun xarici səfərlərini həyata keçirdiyi "Airbus A320" təyyarəsi aşkar edilən texniki problem səbəbindən modifikasiya edilməlidir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti nasazlığı aradan qaldırmaq üçün lazım olan detalın - monitorun artıq Romadan gətirildiyini bildirib.
Təyyarə pontifikin noyabr 27-də Türkiyəyə səfəri üçün istifadə olunub. Bundan əlavə, o, noyabrın 30-da eyni təyyarə ilə Livana gedərək Roma Papası kimi ilk xarici səfərini başa vuracaq. Vatikan nümayəndə heyətinin Romaya qayıtması dekabrın 2-nə planlaşdırılır.
Qeyd edək ki, "Airbus" şirkətinin "A320" seriyasının bütün proqram təminatını təcili olaraq yenilədiyi məlum olub. Bunun səbəbi günəşdəki partlayışların təhlükəsiz uçuş idarəetməsi üçün lazım olan avadanlığa zərərli təsiri ilə bağlı problemin yaranmasıdır.
Oxşar xəbərlər
Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?",...