400 il əvvəl dəfn edilən balina ovçularının qəbirləri əriyib
İqlim dəyişiklikləri səbəbindən Norveçin Şpitsbergen adasında XVII-XVIII əsrlərə aid balina ovçularının qəbirləri buz qatının əriməsi nəticəsində üzə çıxıb.
BAKU.WS "Vechernyaya Moskva"ya istinadən xəbər verir ki, bu qəbiristanlıq əvvəllər donmuş torpaq sayəsində qorunurdu. Lakin indi buzlaqların əriməsi tabutları açığa çıxarıb. Tabutlar eroziyanın təsiri altında parçalanaraq dənizə axıb.
Norveç Mədəni İrs Tədqiqatları İnstitutunun alimləri "Şkafdakı skeletlər" adlı layihə çərçivəsində qalıqları yoxa çıxmazdan əvvəl öyrənməyə çalışır.
Mütəxəssislər dəyişən mühit şəraitində mədəni irsin qorunması üçün təcili tədbirlərin görülməsinə çağırır.
Oxşar xəbərlər
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları
Kanatın qırılması nəticəsində iki nəfərin həlak olduğu hadisənin detalları məlum olub. BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl Şəkidə, "Şəki Yaylası" İstirah...