VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya ölkələrində həkimlər və elm adamları koronavirus pandemiyasını dayandırmağın yolları və virusa yoluxmuş şəxsləri sağaltmağın metodları üzərində işləyirlər.

BAKU.WS xəbər verir ki, epidemiyanın başlamasından dörd aydan çox vaxt keçməsinə baxmayaraq, yekdil rəy, həmçinin sübut olunmuş müalicə üsulu hələlik mövcud deyil.

Təcrübələri kompleksləşdirmək və ən yaxşı metodu müəyyənləşdirmək üçün Skolkovodakı Beynəlxalq Tibbi Mərkəz (MMK) COVID-19 üçün onlayn təcrübə mübadiləsi üçün paylaşım platforması yaradıb. Platformada xəstəliyə qalib gəlməyin yolları, metodları və dərmanlar mövzusunda müxtəlif həkimlərin paylaşdığı fikirləri olduğu kimi təqdim edirik. 

"Xəstələrin 85 faizi sağaldı, 15 faizi isə öldü".

Mixail Neklyudov, İsveçdə Karolinsk Hospitalının anesteziologiya və reanimasiya klinikasının baş həkimi: "Koronavirus xəstələri reanimasiya şöbəmizə martın əvvəllərində gəlməyə başladılar. Bu müddət ərzində reanimasiya şöbələrində 225 xəstə, digər palatalarda isə 820 xəstə var idi. İsveçdə 17.500 yoluxma və 2100 ölüm (24 aprel tarixinə qədər) var. Yəni təcrübəmiz böyükdür. Xəstəxanada adi səviyyə ilə müqayisədə reanimasiya yerlərinin sayı beş dəfə artmışdır.

Bu heyət üçün olduqca ağır bir gərginlikdir. Yenidənqurma sayəsində çaxnaşma olmadı, insanları hara yerləşdirməklə bağlı problem yaşanmadı. Bizim kiçik reanimasiya çarpayısından ibarət depomuz var idi, yəni bu baxımdan proses yaxşı təşkil olunmuşdu.

Tibbi baxımdan oksigenləşmə indeksindən (oksigen mübadiləsi funksiyasını qiymətləndirmək üçün anesteziologiya-reanimasiya və reanimasiyada istifadə olunan parametr) tez-tez istifadə olunur. Reanimasiyaya ehtiyacımız olarsa, bizdə 150 ​​nəfərlik yer var (amma norma 500 hesab olunur).

Bütün xəstələr dərhal mexaniki ventilyasiya aparatına qoşulmur. Əvvəlcə qeyri-invaziv metodlardan (traxeya intubasiyası olmadan) istifadə edirik. Bura oksigenlə nəfəs almaq, pron-mövqe (mədə uzanır; buna görə ağciyərlərdə qaz mübadiləsi artır), aktiv fizioterapiya məşqləri daxildir.

Fizioterapiya məşqləri həm mexaniki ventilyasiya qurmadan əvvəl, həm də aparatdakılar üçün istifadə olunur. Reanimasiyada olan xəstələrin orta yaşı 58-dir (22-dən 80-ə qədər olan xəstələr), 82 faizi kişilər, 81 faizi artıq çəkiyə malik insanlardır. Reanimasiyada orta qalma müddəti 9 gündür. Müalicənin nəticələri: Xəstələrin 85 faizi sağalıb, 15 faizi isə ölüb. Xəstələrin 75 faizində risk faktoru olub. 

"Ağciyər rentgen və kompüter tomoqrafiyasından istifadə olunurdu".
Dmitri Zubovski, reanimasiya anestezioloqu, Hannover, Almaniya:

"Koronavirus xəstələrimiz mart ayının ortalarında gəlməyə başladı. İlk ağır xəstələrin gəlməsindən sonra anestezioloqlar da virusa yoluxdu: 25 həkimdən 6-sı. Bu, insanlar özlərini necə qorumalarını qiymətləndirməmişdən əvvəl baş vermişdi.

Xəstəxanada yoluxanlar üçün iki terapevtik şöbə hazırlanmışdı. Birincidə - covid şübhəsi olan xəstələr analizin cavabları çıxana qədər qalırdı. İkinci şöbədə - təsdiq edilmiş diaqnozu olan xəstələr, lazım olduqda reanimasiyaya köçürülürdülər.

Xəstəliyin gedişatının şiddətini qiymətləndirmək üçün adi parametrlərdən istifadə edilirdi - ağciyər rentgen və kompüter tomoqrafiyası (CT).

Ağciyərlərdə oksigenləşmə indeksi 150-dən aşağı düşərsə, xəstəni intubasiya etməmək şansı yoxdur. Maska ​​üzərindən ağciyərlərin qeyri-invaziv ventilyasiyası, təcrübəmizdə klinik cəhətdən əhəmiyyətli nəticəyə səbəb olmadı. Vaxt sadəcə boşa getdi və heç kəsi intubasiyadan xilas etmədi.

Əlavə laboratoriya üsulları olmadan görünən klinik meyarlar arasında taxipnea, yəni nəfəs çatışmazlığıdır. Xəstə dəqiqədə 26-dan 30-a qədər tənəffüs hərəkəti edirsə, bu, onun uzun müddət sağ qalmayacağından xəbər verir".

"Müalicəmiz üç əsas mərhələdən ibarətdir".

Sergey Kim, kardioloq, Seul Milli Universitetinin Bundanq Xəstəxanasının professoru, Cənubi Koreya:

"Bu gün Koreyada 10.700 təsdiq olunmuş yoluxma var. Ölüm 2,2 faiz təşkil edirsə, 8 635 xəstə də sağalıb. Müalicəmiz bütün dünyada olduğu kimi, üç əsas mərhələdən ibarətdir: simptomatik müalicə və oksigen. Lazım gələrsə, xəstə süni nəfəs aparatına qoşulur. Son mərhələ ECMO-dur (ekstrakorporal membranın oksigenləşməsi).

Hazırda xəstəxanalara axın edənlərin ayrılması baş verir. Təsdiqlənmiş diaqnozu olan xəstə əvvəlcə bir müddət müşahidə altında saxlanılır. Əgər ciddi simptomlarının olmadığı müəyyənləşdirilərsə, o, karantin mərkəzinə göndərilir. Bu mərkəzlər tibb müəssisələri deyil. Yerli orqanların, tibb müəssisələrinin və iş adamlarının birgə səyləri ilə xəstələrə nəzarət etmək üçün yaradılıb. Bu, tibb müəssisəsinə yükü azaldır. Belə olan təqdirdə yüngül xəstələr ağır və orta xəstələr üçün lazım ola biləcək yerləri tutmurlar".

"Fransanı həkimlərin həmrəyliyini xilas etdi".
Gilbert Massard, Strasburq Universitetinin Toraks Cərrahiyyəsi və Ağciyər Transplantasiyası şöbəsinin müdiri, Fransanın Baş Toraks Cərrahı:

Rusiyaya arzu edirəm ki, pandemiya ssenarisi İtaliya və Fransadakı kimi olmasın. Bir-iki həftə əvvəl çətin anlar keçirdik, ancaq özünü təcridetmənin köməyi ilə hər şey normala qayıtdı. Xəstəxana və reanimasiya şöbəsində olanların sayı da azalmaqdadır.

Fransanın şərqində və şimalında, Parisin ətrafındakı bölgələrdə xəstəxanalara axını oldu, ancaq bölgələrin həmrəyliyi ilə insanları digər əyalətlərdə boş xəstəxanalara göndərildi. Hətta xaricə göndərilən xəstələr də oldu və bu, vəziyyəti daha da yaxşılaşdırdı.

Fransa kəskin tənəffüs çatışmazlığı olan xəstələrə ECMO istifadəsini məqbul görür. Milli Anesteziyaçı və Reanimatoloqlar Cəmiyyəti bunun nə vaxt istifadə ediləcəyi ilə bağlı tövsiyələr vermək mərkəz yaradıb.

Mərkəzdə olan məlumata görə, 14 fevralda ECMO 2300 xəstə üzərində sınanıb. Eyni anda 6.710 xəstə reanimasiyada olub. Yəni xəstələrin üçdə birində bu metoddan istifadə edilib. ECMO xəstələrin təxminən 50 faizini (istifadə edənləri) xilas edən yaxşı bir üsuldur. Buna görə tibbi mərkəzlərində bu metoddan istifadə etmək tövsiyə olunur.

Orxan Hüseyn
BAKU.WS