Mayda 14 gün iş olmayacaq - TƏQVİM
Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar bu il qeyri-iş günlərinin tarixləri müəyyənləşdirilib.
BAKU.WS-in məlumatına görə, 2026-cı ildə Qurban bayramı 27 və 28 may tarixlərinə təsadüf edir. Eyni zamanda, 28 may ölkədə Müstəqillik Günü kimi qeyd olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, bayram günlərinin üst-üstə düşməsi nəzərə alınaraq əlavə istirahət günü təyin edilib. Bu səbəbdən 29 may da qeyri-iş günü olacaq.
Beləliklə, beşgünlük iş rejimi ilə çalışan vətəndaşlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri ardıcıl istirahət günləri hesab olunacaq.
Bundan əlavə, 9 May – Qələbə Günü bu il şənbə gününə düşdüyü üçün 11 may da qeyri-iş günü kimi müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, bayram günlərindən əvvəlki iş günlərində iş saatı bir saat qısaldılır.
Ümumilikdə, həftəsonları da daxil olmaqla, may ayında ölkədə 14 gün qeyri-iş günü olacaq.
Oxşar xəbərlər
"TikTok"da söyüş söyən şəxsə əzab verməkdə təqsirləndirilənlərə HÖKM OXUNDU
Bakıda vətəndaşa əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işinin məhkəməsi yekunlaşıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir...