Zelenski: Sabah Ukrayna və ABŞ arasında videodanışıqlar keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfi ilə aprelin 1-nə planlaşdırılan danışıqlar barədə məlumat verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və NATO-nun Baş katibi Mark Rütte iştirak edəcəklər.
"Sabah videoformatda ABŞ tərəfi ilə danışıqlar planlaşdırılır. Mən qoşulacağam, dəvət almışam. Bu barədə bu gecə NATO-nun Baş katibi Mark Rütte ilə danışdım. Biz razılaşdıq ki, o, mən, Uitkoff, Cared Kuşner, senator Lindsi Qrem və digərləri hansı mərhələdə olduğumuzu və üçtərəfli razılaşmalara, heç olmasa üçtərəfli görüşə nə qədər yaxın olduğumuzu müzakirə edəcəyik", - o bildirib.
Zelenski əlavə edib ki, hazırda Türkiyədə olan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da danışıqlara qoşulacaq.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...