Beş uşaq koronavirusa yoluxub - Gürcüstanda

26
mar
2020
12:20
Gürcüstanda 5 uşağın koronavirusa yoluxması təsdiqlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.
O deyib ki, uşaqların hamısında xəstəlik yüngül formada keçir:
“Koronavirusa uşaqlarda nadir hallarda rast gəlinir. Əgər azyaşlılar bu infeksiyaya yoluxurlarsa, xəstəlik yüngül və yaxud orta ağır formada keçir”.
Qeyd edək ki, qonşu ölkədə koronavirusa 77 yoluxma halı təsdiqlənib. Yoluxanların 10-u sağalıb. Ən yaşlı koronavirus xəstəsinin 82, ən gəncinin isə 2 yaşı var.
Oxşar xəbərlər
Koronavirusda artım - Son 24 saatda ölənlərin sayı 21 292-yə çatdı
Koronavirus pandemiyası (COVİD-19) son 24 saatda rekorda imza atıb. BAKU.WS habertürk-ə istinadən verdiyi məlumata görə, bu müddət ərzində koronavirusdan ölənlə...
