Qonşu ölkələrdə COVID-19-dan nə qədər insan ölüb? - SİYAHI

Qonşu ölkələrdə COVID-19-dan nə qədər insan ölüb? - SİYAHI
Sosial 632

Dünya üzrə koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadən xəbər verir ki, bu günə qədər dünya üzrə 14,5 mindən çox insan COVID-19-un qurbanı olub.

Təşkilatın son məlumatına görə, dünyada xəstələrin ümumi sayı 332 930 nəfər olub. Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb - 170 mindən çox.

Koronavirusla yoluxma və COVID-19-dan ölüm halı Azərbaycanın qoşu ölkələrində də qeydə alınır. Ən çox yoluxma və ölüm halı İrana məxsusdur.

Bu ölkədə bu günə kimi 23 mindən çox insan virusa yoluxub ki, onların da 1812 nəfəri həyatını itirib, 8376 nəfər isə sağalıb.

Türkiyədə də koronavirusla bağlı ciddi mübarizə gedir. Ölkədə 1529 yoluxma, 37 isə ölüm halı qeydə alınıb.

Azərbaycanın digər qonşuları Rusiyada 438, Ermənistanda 235, Gürcüstanda isə 61 nəfərdə koronavirus aşkarlanıb.

Son xəbərlər