Koronavirusa yoluxan ilk insan o imiş...
Koronavirusa yoluxan ilk şəxsin kimliyi artıq müəyyən olunub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs Vey soyadlı çinli qadındır.
O, Uhan şəhərində “Hunan” bazarında canlı xərçəng satırmış. 2019-cu ilin dekabrın 11-də naməlum səbəbdən onun temperaturu yüksəlib və o, klinikaya müraciət edib. Soyuqdəymə əleyhinə təyin edilən müalicə kömək etməyib. Vey dekabrın 16-da Xuaçjun Elm və Texnologiyalar Universitetinin “Sehe” xəstəxanasına müraciət edib.
Dekabrın 31-də Uhan Səhiyyə Komitəsi ilk yoluxma qrupunda 27 nəfərin olduğunu bəyan edib. Jurnalistlər həmin şəxslərin siyahısını araşdırarkən onlardan 24-nün “Hunan” bazarı ilə əlaqəli olduğunu öyrəniblər.
Oxşar xəbərlər
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus epidemiyasına 150-dən çox ölkədə rast gəli...