Koronavirusun yeni ştammı AŞKARLANDI

11
avq
2022
14:51
Rusiyada koronavirusun yeni ştammı aşkarlanıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Sankt-Peterburqdan alınan genom məlumatlarının tədqiqi zamanı koronavirusun “Omikron” və “Delta” ştamlarının hibridi olan yeni variantı aşkar edilib.
Yeni hibrid ştamla bağlı ilk məlumatlar iyulun əvvəlindən olsa da, əvvəlcə tədqiqatçılar onlara inamsızlıqla yanaşıblar. Lakin sonradan elm adamları koronavirusun bu variantının daha çox genomunu əldə edə biliblər.
Sankt-Peterburqda aşkar edilən “Rus deltakronu”nun təhlükə dərəcəsi hələ də müəyyənləşdirilir.
Oxşar xəbərlər
ÜST: "Delta" və "omikron" ştamları yeni pandemiya dalğasına səbəb olacaq
Koronavirusun "delta" və "omikron" ştamları yeni pandemiya dalğasına səbəb ola bilər. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Tə...
