Qonşu ölkədə “Delta” ştammının ən təhlükəli variantı aşkar olunub

Rusiyada koronavirusun “Delta” ştammının yeni və daha təhlükəli variantı hesab olunan AY.4.2 variantı tapılıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, COVID-in yeni mutasiyası hələ ki, beş nəfərdə müşahidə olunub.
Bu virusun ənənəvi “Delta” ştammından törədiyi və daha təhlükəli olduğu bildirilib.
Xatırladaq ki, Rusiyada son on gün ərzində koronavirusdan ölənlərin sayında rekord göstəricilər qeydə alınır. Pandemiya müddətində ən yüksək sutkalıq ölüm halı isə 1 163 nəfər olmaqla məhz bu gün baş verib.
Bəzi ekspertlər son günlərdə qonşu ölkədə virusun qurbanı olanların sayının kəskin artmasını AY.4.2 variantının yayılması ilə əlaqələndirirlər.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...
