SİZİN REKLAM BURADA!
055 213 76 73


Rumıniya hökuməti koronavirusla bağlı fövqəladə vəziyyəti 30 gün müddətinə uzadıb.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Rumıniyaya daxil olan vətəndaşlar gəldikləri ölkədən asılı olaraq 14 gün karantinə yerləşdirilə bilər. Xüsusilə bu qərar yüksək koronavirus riskli ölkələrdən gələn vətəndaşlara aid olacaq.

Rumıniyadan tranzit ölkə kimi istifadə edən vətəndaşlar isə koronavirus xəstəliyinə xas olan simptomlar göstərmirlərsə, onlar asanlıqla ölkə sərhədlərini keçə bilər. Rumıniyaya yüksək koronavirus riski olan ölkələrdən gələn vətəndaşlar 72 saat əvvəl edilən mənfi PCR testini təqdim etsələr, 10 gün yaşadığı yerdə karantinə, test təqdim edilmirsə, 14 gün yaşadığı yerdə karantinə yerləşdirilir.

BAKU.WS