Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ
31
mar
2021
15:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir.
Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...