Fransada həyəcan təbili: Gündəlik 100 min yoluxmanın astanasında

26
okt
2020
23:25
Fransa Elmi Komitəsi həyəcanverici açıqlama ilə 52 010 yoluxma faktının qeydə alındığını bildirib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, komitənin sədri Jan-Franços Delfraissi RTL kanalına verdiyi açıqlamada qeyd edib ki, Fransa gündəlik 100 min yoluxmanın astanasındadır:
“Fransada gün ərzində 50 mindən çox yoluxma qeydə alınır. Gündəlik 100 min yoluxmanın astanasında olduğumuzu təxmin edirik”.
O, ölkənin çox çətin, hətta kritik vəziyyətdə olduğunu bildirib.
Qeyd edək ki, Fransa 1 138 507 yoluxma ilə dünya ölkələri arasında beşincidir.
Oxşar xəbərlər
Karantin rejimi geri qayıdır: Dünyada yeni rekord qeydə alındı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistikaları müxtəlif ölkələrdə koronavirusla bağlı yenidən həyəcan təbili çalmağa səbəb olub. BAKU.WS xəbər verir ki...
