ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi

ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki azərbaycanlı koronavirusdan (COVID-19) dünyasını dəyişib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunlar Rusiya vətəndaşları, əslən Azərbaycanın Quba rayonundan olan 1960-cı il təvəllüdlü Rəsulova Ruqiyyə Ramiz qızı və onun qızı Canıyeva Ruslana Tofiq qızıdır.
R.Rəsulova 10 gün əvvəl COVID-19 diaqnozu ilə klinikaya yerləşdirilib və ötən gün dünyasını dəyişib. R.Canıyeva isə iki gün əvvəl özünü pis hiss edib. Onun koronavirus testinin nəticəsi müsbət olub. R.Canıyeva bu gün vəfat edib.
Hər iki azərbaycanlı xüsusi karantin qaydaları ilə Hyustonda dəfn olunacaqlar.
Oxşar xəbərlər
“Buzlu şüşə” ilə bağlı daha bir AÇIQLAMA
ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov COVİD-19 infeksiyası və heç də ondan az aktual olmayan digər xəstəliklərlə bağlı suallar...
