Polis marketlərə maskasız gedən şəxsləri cərimələdi - VİDEO

Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Şəkidə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.
Polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar edilib.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib.
Tibbi maskadan istifadə etməyən şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə potokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.
Oxşar xəbərlər
Polis supermarketlərdə reydlər keçirir - FOTO
Polis əməkdaşları iri supermarketlər şəbəkələrində maskalardan istifadə etməyən və buna göz yuman obyekt sahiblərinə qarşı reydlər keçirir. Daxili İşlər Nazirli...