Azərbaycan vətəndaşı Kamçatkadan təxliyə edildi

Azərbaycan vətəndaşı Kamçatkadan təxliyə edildi
Foto
Sosial 160

Rusiyanın Kamçatka vilayətində güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalan turist qrupunun üzvü, Azərbaycan vətəndaşı Tatyana Dolivets təhlükəsiz əraziyə təxliyə olunub.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən "APA"ya bildirilib ki, təxliyə Rusiya FHN tərəfindən həyata keçirilib.

"Vətəndaşımızın səhhətində hər hansı problem yoxdur" deyə məlumatda bildirilib.

Azərbaycan vətəndaşının təxliyəsi ölkənin müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb.

***10:06

Avqustun 22-də Kamçatkadakı Ploski Tolbaçik vulkanı ərazisində güclü yağışlar nəticəsində avtomobil yolunu su yuyub aparıb. Nəticədə nəqliyyat vasitələri ilə təbiət mənzərəsini görməyə gələn turistlər xarici aləmdən təcrid olunublar. Yolda dərin yarğanlar yarandığından avtomobillərin hərəkəti qeyri-mümkün olub. Sonradan turistlər bütün zəruri ləvazimatlarla təmin ediliblər.

"Kamçatka vulkanları" təbiət parkının ərazisində təcrid vəziyyətində qalanlar arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu gün Dolivets turistlərin təxliyə olunduğunu bildirib.

"Fövqəladə Hallar Nazirliyinin helikopterini gözləyirik. 100-ə yaxın adam təxliyə olunur. Təşvişli gecə idi. Lakin sevimli ölkəmin sevimli vətəndaşlarının diqqəti məni çox təsirləndirdi. Azərbaycan - təşəkkür edirəm", - deyə o yazıb.

Azərbaycan vətəndaşı Kamçatkadan təxliyə edildi

Kamçatka diyarı hökumətinin mətbuat xidmətindən TASS agentliyinə verilən məlumata görə, Tolbaçik vulkanının turist marşrutunda ümumilikdə 149 nəfər ilişib qalıb. Onlardan 117-si helikopterlərlə təxliyə olunacaq:

"Tolbaçik vulkanının turist marşrutunda qalan insanların ümumi sayı 149 nəfər təşkil edib. Onlardan 117 turist helikopterlərlə təxliyə ediləcək. Qalan 32 nəfər isə texnika ilə birlikdə yerində qalan sürücülərdir", - deyə rəsmi məlumatda bildirilir.

Turistlər və bələdçilər helikopterlərlə Esso kəndinə dönən yolayrıcına çatdırılacaqlar. Oradan isə insanlar avtobuslarla Petropavlovsk-Kamçatskiyə aparılacaqlar.

Sürücülər isə nəqliyyat vasitələri ilə birlikdə yerində qalacaq və yolun təmizlənməsini gözləyəcəklər. Yol bərpa edildikdən sonra onlar öz avtomobilləri ilə ərazidən çıxa biləcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər